Modern.az

Kürdəmiri çirkləndirənlər məsuliyyətə cəlb olundu - FOTOLAR

Kürdəmiri çirkləndirənlər məsuliyyətə cəlb olundu - FOTOLAR

12 Fevral 2023, 11:40

Kürdəmirdə ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirilib.

 

Tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb. Qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

 

Onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi