Modern.az

"Su çərşənbəsi"ndə ağacəkmə aksiyası keçirilib

"Su çərşənbəsi"ndə ağacəkmə aksiyası keçirilib

Aktual

24 Fevral 2026, 14:47

Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Su çərşənbəsi" münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Modern.az-ın məlumatına görə, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ziyadlı kəndində Samux-Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.

Aksiyada ümumilikdə 500 ədəd olmaqla, xan çinarı, eldar şamı və digər ağaclar əkilib. Yeni əkilən tinglər üçün damcılı suvarma sistemi çəkilib və suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcəkdir.

Sizə yeni x var
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır