Modern.az

ABŞ rəsmisi Bakıya gəldi - Vacib görüşlər keçirəcək

ABŞ rəsmisi Bakıya gəldi - Vacib görüşlər keçirəcək

Aktual

19 Aprel 2023, 18:00

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycan səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bildirlilib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson aprelin 19-21-də Azərbaycanda səfərdə olacaq. Amerikalı diplomat Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və digər hökumət rəsmiləri ilə görüşəcək.

 

"Dövlət katibinin köməkçisinin müavini Olson ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq. Regiona səfəri zamanı o, həmçinin, Ermənistan və Gürcüstana səfər edir. Xanım Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür", - səfirliyin məlumatında qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!