Modern.az

Yasamalda oğru qadın SAXLANILDI

Yasamalda oğru qadın SAXLANILDI

22 Aprel 2023, 14:55

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə bir qadına məxsus içərisində 400 manat pul və şəxsiyyət vəsiqəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Talıbova saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?