Modern.az

Jurnalistə görə Rusiyaya sanksiya tətbiq olundu

Jurnalistə görə Rusiyaya sanksiya tətbiq olundu

27 Aprel 2023, 23:15

ABŞ Rusiyanın Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətinə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Sanskiya tətbiq edilməsinə səbəb ABŞ vətəndaşlarının Rusiyada qanunsuz saxlanılması olub.

 

“Bizim hərəkətimiz bütün dünyada ABŞ vətəndaşlarının qanunsuz həbsi barədə düşünən bütün insanlara bunun potensial nəticələri barədə xəbərdarlıqdır”, - ABŞ rəsmisi deyib.

 

Qeyd edək ki, bir müddət əvvəl "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviç Rusiyada həbs olunub.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...