Modern.az

İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir

İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir

Ölkə

23 Fevral 2026, 01:11

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.

Modern.az xəbər verir ki, iranlı naziri Bakıda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini qarşılayıb.

Səfər çərçivəsində nazirin Birgə Komissiyanın iclasında iştirakı ilə yanaşı, bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri müzakirə olunacaq.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV