Modern.az

Lavrovun müavini sülh üçün Bakıya 4 istiqamət göstərdi 

Lavrovun müavini sülh üçün Bakıya 4 istiqamət göstərdi 

Aktual

4 May 2023, 10:52

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri barədə danışıb.

 

Modern.az xəbər verir ki, o, sülh danışıqları ilə bağlı 4 əsas istiqamətin olduğunu bildirib.

 

Qaluzin qeyd edib ki, dörd əsas istiqamətdə dialoq yolu ilə hərəkət etmək lazımdır. Bunlar regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq məqsədi ilə dialoq, iki ölkə arasında sərhədin delimitasiyası, ictimai və parlament xətti üzrə əlaqələrin qurulmasıdır. 

 

Rusiya XİN rəsmisi hesab edir ki, ikitərəfli münasibətlərin tam normallaşmasından danışmaq çətindir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat