Modern.az

Oğlumun həbs xəbərini instaqramda oxudum – Aqşinin anası

Oğlumun həbs xəbərini instaqramda oxudum – Aqşinin anası

Aktual

8 May 2023, 17:54

"Oğluma 11 il 5 ay həbs verilməsi ilə bağlı xəbəri qızımdan eşitdim".


Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

 

"Qızım mənə zəng vurub dedi ki, Aqşinin məhkəməsi olub, ona 11 il 5 ay həbs veriblər. Bu xəbəri eşidəndən özümə gələ bilmirəm. Qızım Aqşinlə bağlı xəbəri instaqramda görüb. Sonra mən də həmin xəbəri oxudum. Heç kim bizimlə əlaqə saxlamayıb. Bu nə deməkdir, axı mənim oğlum günahsızdır. Onu necə həbs edə bilərlər?".

 
D.Bəbirova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) onlarla əlaqə saxlamadığını deyib:

 

“Bizə yeni heç nə deyilməyib. Qırmızı Xaç məktub gətirəndə biz də Aqşinə məktub göndərdik. Heç bilmirik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bizim məktubu oğluma çatdırıb, yoxsa yox. Allah ermənilərin evini yıxsın. Görün, bizim başımıza nə oyun gətirdilər".

 

Qeyd edək ki, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11 il 5 ay müddətinə qanunsuz həbs cəzası verilib. Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunub.


 Bildirilib ki, əsirlikdə olan digər hərbçi Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir.

 
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...