Modern.az

Həbsdə olan şəxsin evindən silah tapıldı

Həbsdə olan şəxsin evindən silah tapıldı

Aktual

12 May 2023, 12:34

Ədliyyə Nazirliyi Penitensiar xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin və Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 (narkotik) və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

 

Bu barədə Modern.az-a Xidmətdən məlumat verilib.

 

Bundan başqa, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Belə ki, Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elcan Vəfadar oğlu Hüseynov təcridxanaya qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"