Modern.az

"Açıq mikrofon"un növbəti ünvanı

Aktual

13 May 2023, 17:47

Gələn həftə (15-16.05.2023 və 18-19.05.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-a dək “Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

 

Modern.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü Biləsuvar rayonunda (Köhnə Amankənd yaşayış massivi), 4-cü günü Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 5-ci günü isə Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu