Türkiyə millisinin sabiq futbolçuları Alpay Özalan, Saffet Sancaklı və Ünal Karaman deputat seçiliblər.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi olmayan nəticələrə əsasən Özalan AKP-dən, Sancaklı MHP-dən, Karama isə İYİ Partiyadan qalib olub.
AKP-dən digər namizəd, sabiq futbol hakimi Kuddusi Müftüoğlu, İYİ Partiyadan məşhur futbolçu Gözhan Zan, CHP-dən isə taekvondoçu İrem Yaman seçkidə qalib gələ bilməyiblər.