Modern.az

Heydər Əliyev səfərdə olarkən ölkədə çevriliş hazırlanırdı...

Heydər Əliyev səfərdə olarkən ölkədə çevriliş hazırlanırdı...

16 May 2023, 15:00

Heydər Əliyev Kopenhagendə sammitdə olanda Azərbaycanda çevriliş hazırlanırdı.

 

Modern.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

 

“Bir xatirəmi bölüşmək istəyirəm. Heydər Əliyev Kopenhagendə sammitdə olarkən Azərbaycanda çevriliş hazırlanırdı. Dünya liderləri ona bildirdilər ki, ölkəyə qayıtma, təhlükəlidir. Amma Heydər Əliyev onlara qulaq asmadı. O, ölkəyə qayıdaraq xalqın haraya çatdı və bütün təhlükəli məqamları yatıra bildi. Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb. İngilislərdən soruşsalar ki, sizin tarixi şəxsiyyətiniz kimdir? Onlar deyəcək ki, Çörçil. Azərbaycan xalqı üçün də bu şəxs Heydər Əliyev olmalıdır. Bu gün Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Onun bir arzusu qalmışdı, o da Azərbaycan torpaqlarının işğaldan azad edilməsi idi. Bunu cənab İlham Əliyev yerinə yetirdi. Prezident İlham Əliyev Heydər Əliyevin yolunu uğurla davam etdirir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Bundan sonra bayrağımız Xankəndidə ucaldılacaq”, - deyə Asəf Hacıyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...