Modern.az

DİN-lər arasında əməkdaşlıq sazişi TƏSDİQLƏNDİ

DİN-lər arasında əməkdaşlıq sazişi TƏSDİQLƏNDİ

Aktual

16 May 2023, 15:34

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

 

Qeyd edək ki, Saziş 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!