Modern.az

Bayramov və Mirzoyan Moskvada sülhdən DANIŞACAQ

Bayramov və Mirzoyan Moskvada sülhdən DANIŞACAQ

Aktual

19 May 2023, 09:32

Bu gün Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında  görüş keçiriləcək. 

 

Modern.az xəbər verir ki, danışıqların əsas mövzusu sülh sazişinin imzalanması prosesi olacaq. 

 

Üçtərəfli formatda keçiriləcək görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

 

Qeyd edək ki, tərəflər arasında son görüş Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi baş tutub. Ardınca ikitərəfli danışıqlar bir neçə gün davam edib, nəticədə tərəflər arasında sülh sazişi ilə bağlı bəzi məqamlar üzrə razılıq əldə olunub. 

 

Xatırladaq ki, mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan iştirakı ilə Moskvada üçtərəfli görüş keçiriləcək.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...