Modern.az

Minaların təmizlənməsinə milyonlar xərclənir - RƏSMİ

Minaların təmizlənməsinə milyonlar xərclənir - RƏSMİ

24 May 2023, 11:04

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait məlum olub.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

 

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsaitdən 99,9 milyon manatı ərazilərin minalardan təmizlənməsinə xərclənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...