Modern.az

Dostum zəng edir ki, problem var, onu həll et – Xidmət rəisi 

Dostum zəng edir ki, problem var, onu həll et – Xidmət rəisi 

22 İyun 2023, 13:08

“Sahibkar əgər pulunu ödəyib tenderdə iştirak edir və haqsızlıq görürsə, bunu bildirməldir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

 

“Mənim dostum zəng edir ki, problemi həll et. Mən onlara bildirirəm ki, bu, zənglə həll olunası məsələ deyil. Mən hər kəsə deyirəm ki, hüququn pozulubsa, bunu rəsmi şəkildə həll etməlisən. Məktub yaza bilərsən, şikayətinə baxılsın. Amma cavabında deyir ki, məktub göndərmək istəmirəm, sonra onunla işləyə bilərəm. Bu da bizim azərbaycanlımız”, - deyə xidmət rəisi bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...