Modern.az

Biz terrora qalib gəlmişik - İraqın XİN başçısı

Biz terrora qalib gəlmişik - İraqın XİN başçısı

Aktual

5 İyul 2023, 12:42

İraq terrordan çox əziyyət çəkib, amma mübarizədən qalib çıxıb.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxış edən İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyn bildirib. 


“Bu gün biz islamofobiya, ksenofobiyanın gücləndiyini görürük. Bu kimi hallar beynəlxalq dəyərlərə ziddir. Ona görə də buna qarşı tədbirlər görməliyik. Dünyanın demokratik ölkələrində islamofobiyaya rast gəlmək təəssüfedicidir. Azadlıq kimi təqdim olunan belə hallar dini inanclara qarşı hörmətsizlikdir. Son olaraq bildirim ki, İraq hökuməti təcavüzü pisləyir və buna qarşı mübarizə aparır”, - deyə XİN başmısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...