Modern.az

XİN-dən üçtərəfli görüş xəbərinə REAKSİYA – Hələ bəlli deyil 

XİN-dən üçtərəfli görüş xəbərinə REAKSİYA – Hələ bəlli deyil 

20 İyul 2023, 16:10

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gözlənilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib. Onun sözlərinə görə, XİN səviyyəsində yenidən üçtərəfli görüşün keçirilməsi ehtimalı yüksəkdir.

 

“Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsi şansı çox yüksəkdir. Bütün məsələlər tərəflərlə razılaşdırıldıqdan sonra görüşün tarixi barədə məlumat veriləcək”,- deyə o bildirib.

 

Modern.az nazirlər səviyyəsində görüşlə bağlı məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ilə əlaqə saxlayıb.

 

Onun sözlərinə görə, Rusiya XİN tərəfindən görüşlə bağlı niyyət var: “Tərəflər arasında görüşün tarixi hələ bəlli deyil. Rusiya XİN tərəfindən belə bir niyyət var. Əlavə məlumat tərəflər arasında dəqiqləşdirmə aparıldıqdan sonra veriləcək”.

 

Qeyd edək ki, XİN başçılarının Rusiyada sonuncu görüşü mayın 19-da baş tutub. Görüş zamanı tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Bundan başqa, fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...