Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.
Modern.az xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.
Qəhrəmanın nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.
***
30 ildən sonra - bu ilin sentyabrında Qarabağda nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, DTX-nın Mədəniyyət Mərкəzində keçirilən mərasimdə dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir.
Vida mərasimindən sonra mərhumun İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.
***
30 ildən sonra - bu ilin sentyabrında Qarabağda nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun dəfn mərasimi keçirləcək.
Modern.az-ın məlumatına görə, bu gün saat 10:00-da DTX-nın Mədəniyyət Mərкəzində Milli Qəhrəmanla vida törəni keçiriləcək.
Vida mərasimindən sonra mərhumun İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Onun nəşi 30 ildən sonra 2023-cü ilin sentyabrında Daşaltı ətrafındakı axtarışlar zamanı tapılıb.
Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.