Modern.az

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlandı

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlandı

Aktual

3 Oktyabr 2023, 15:46

Bu ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan MR-da və Qazax-Gəncə bölgəsində qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksini hesablayıb.

 

Belə ki, Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatıb.

 

Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi riskini azaldıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat