Modern.az

Məktəbdə narkotikdən istifadə görüntüləri yayıldı - Polis araşdırır - YENİLƏNİB

Məktəbdə narkotikdən istifadə görüntüləri yayıldı - Polis araşdırır - YENİLƏNİB

Aktual

3 Oktyabr 2023, 16:18

Videogörüntülərdə yer alan ərazi 44 nömrəli tam orta məktəbin arxa tərəfində yerləşir. Ərazi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir və burda adı qeyd edilən ASC-nin enerji blokları yerləşdirilib. 

 

Bu barədə Modern.az-a məktəbdən məlumat verilib.

 

"Məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil. Qeyd edək ki, yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır", - məlumatda deyilir.

 

***

16:18

 

Sosial şəbəkələrdə Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Modern.az-a bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:

 

“İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat