Modern.az

Bako Saakyanla Arkadi Qukasyan saxlanılıb? - İDDİA

Bako Saakyanla Arkadi Qukasyan saxlanılıb? - İDDİA

Aktual

3 Oktyabr 2023, 16:30

Ermənistanın “Hraparak” qəzeti qondarma “Artsaxın keçmiş prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, “Hraparak” tezliklə Azərbaycan tərəfinin Bako Saakyan və Arkadi Qukasyanın saxlanıldığını təsdiqləyəcəyini və video yayacağını güman edir.
 

O da qeyd edilir ki, qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanla separatçı “parlamentin rəhbəri” Davit İşxanyanın yeri məlum deyil.

Rəsmi Bakı hələ ki xəbərə münasibət bildirməyib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat