Modern.az

İlahiyyat İnstitutunda Cəbrayıl Şəhəri Günü qeyd edilib

İlahiyyat İnstitutunda Cəbrayıl Şəhəri Günü qeyd edilib

Aktual

3 Oktyabr 2023, 16:42

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.

 

Bu barədə Modern.az-a institutdan məlumat verilib.

 

Tədbirdə Aİİ-nin rektoru, dosent Aqil Şirinov bildirib ki, oktyabrın 4-ü Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gündür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı biz Böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyən A.Şirinov Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm hadisə olduğunu vurğulayıb.

 

Rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib.

 

Aİİ rektoru Cəbrayıl rayonunun abidələrindən də söhbət açıb: “Cəbrayıl rayonu abidələrlə zəngindir. Bunlardan “Divlər sarayı” mağarasının, “Məscid təpəsi”nin, “Canqulu”, “Qumtəpə” kurqanlarının, “Başıkəsik günbəz”in, Xudafərin körpülərinin adlarını qeyd etmək olar”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Cəbrayıl rayonu haqqında xatirələrini bölüşüb. İşğal dövründə şəhərin necə viran qoyulduğunu diqqətə çatdıran deputat bildirib ki, işğaldan azad olunandan sonra Cəbrayılda və digər şəhər və rayonlarımızda geniş bərpa, abadlıq və quruculuq tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

 

Tədbirdə Azad Azərbaycan Televiziyasının istehsalı olan “30 ildən sonra doğulduğu torpağa dönənlərin hekayəsi - Biz qayıtdıq - Cəbrayıl” adlı filmin birinci hissəsi nümayiş olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat