Modern.az

Daşaltıda nəşinin qalıqları tapılan hərbçimiz dəfn edildi - FOTOLAR

Daşaltıda nəşinin qalıqları tapılan hərbçimiz dəfn edildi - FOTOLAR

Aktual

4 Oktyabr 2023, 13:20

Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Modern.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

 

Şəhid Veysəl Qasımov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb.

 

Qeyd edək ki, 1963-cü il noyabrın 17-də Bakıda anadan olan Veysəl Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb.

 

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat