Modern.az

 Bu il 100 uşaq övladlığa verilib - RƏSMİ

 Bu il 100 uşaq övladlığa verilib - RƏSMİ

Aktual

4 Oktyabr 2023, 12:44

Dövlət uşaq müəssisələrindən 126 uşaq isə reinteqrasiya tədbirləri nəticəsində öz ailəsinə qaytarılıb


2023-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib. Onlardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır. Övladlığa verilən uşaqlardan 66 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən  övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat