Modern.az

Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsi müzakirə olundu - FOTO

Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsi müzakirə olundu - FOTO

Aktual

4 Oktyabr 2023, 13:24

Azərbaycan və Türkmənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

M. Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

 

"Ölkələrimizin ortaq fəaliyyətinin və iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə etdik və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat