Modern.az

Zaxarova Qarabağla bağlı gizli görüşdən DANIŞDI

Zaxarova Qarabağla bağlı gizli görüşdən DANIŞDI

Aktual

4 Oktyabr 2023, 14:00

Xəbər verdiyimiz kimi, ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar. Bu barədə "Politico" qəzeti yazıb.

 

Modern.az xəbər verir ki, görüşün keçirilməsini Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da təsdiq edib.

 

O, bu görüşün gizli olmadığını vurğulayıb və qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

 

Xatırladaq ki, İstanbulda keçirilən görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiyadan isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olan İqor Xovayev iştirak edib.

Bu xəbər ilə bağlı
Qərblə Rusiya arasında gizli Qarabağ danışıqları - Nələr müzakirə edilib...
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat