Modern.az

Azərbaycan səfirliyinə hücum edən şəxsə hökm oxunmayıb - Rəsmi

Azərbaycan səfirliyinə hücum edən şəxsə hökm oxunmayıb - Rəsmi

Aktual

10 Oktyabr 2023, 13:58

“Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə verilib”

 

Modern.az "Farsnews.ir" saytına istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin nümayəndəsi Məsud Satayişi mətbuat konfransında bildirib.

 

O, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxsə ölüm hökmü verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

“Bu iş üzrə dinləmələr hələ baş tutmayıb və hökm oxunmayıb”, - deyə Satayişi əlavə edib.

 

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat