Modern.az

İrəvanda Qarabağ müzakirəsi - qapalı iclasda Şahramanyan da iştirak edir

İrəvanda Qarabağ müzakirəsi - qapalı iclasda Şahramanyan da iştirak edir

1 Noyabr 2023, 12:58

Bu gün İrəvandakı “Marriott” otelində Ermənistanın “Demokratik birlik” partiyasının sədri Suren Petrosyanın təşəbbüsü ilə Qarabağa dair müzakirə başlayıb.
 

Modern.az xəbər verir ki, qapalı müzakirədə özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan və Ermənistan Respublikasının bəzi deputatları iştirak edirlər.

Bu barədə “Hraparak”a prezident aparatının əməkdaşlarından biri məlumat verib.

Şahramanyan müzakirələrə qondarma “Artsax”ın bəzi “keçmiş məmurları” ilə qatılıb.

Jurnalistlər iclas zalına buraxılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə