Modern.az

Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTO

Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTO

1 Noyabr 2023, 14:44

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qəbul qrafikinə uyğun olaraq şəhərin İsa Məmmədov məhəlləsinin sakinləri ilə növbəti səyyar qəbul keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Şəhər rəhbəri vətəndaşları fərdi qaydada dinləyərək səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə