Modern.az

“ASAN xidmət”də müəllimlərə sertifikatlar verilməyəcək

“ASAN xidmət”də müəllimlərə sertifikatlar verilməyəcək

Aktual

15 Noyabr 2023, 16:29

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin sayı azaldılıb.

 

Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Beləliklə, artıq “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar verilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə