Modern.az

Prezidentin işdən çıxardığı Mirsənani Seyidov KİMDİR...

Prezidentin işdən çıxardığı Mirsənani Seyidov KİMDİR...

Aktual

17 Noyabr 2023, 13:08

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naxçıvan şəhərinin icra başçısı Mirsənani Seyidov vəzifəsindən azad edilib.

 

Modern.az işdən çıxarılan icra başçısının dosyesini araşdırıb.

 

Məlum olub ki, Mirsənani Seyidov 2018-ci ildə icra başçısı təyin edilib. O, bu vəzifədə Vüqar Səfərovu əvəz edib.

 

Seyidov əvvəllər Naxçıvan Ali Məclisinin Aparatında şöbə müdiri, daha sonra Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri işləyib.

 

Qeyd edək ki,  onun yerinə hələlik təyinat yoxdur. Konstitusiyanın 141-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə