Modern.az

Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib

Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib

22 Noyabr 2023, 11:14

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların səhər reyslərində cüzi yubanmalar baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

 

Bildirilib ki, rabitə və işarəvermə sisteminə edilmiş kənar müdaxilələr nəticəsində Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforların daimi olaraq qırmızı yanması nəticəsində qatarların hərəkət qrafikində gecikmələr qeydə alınıb.

 

Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və hazırda qatarlar mövcud qrafikə uyğun hərəkətlərini davam etdirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə