Modern.az

Minalarla çirkləndirilmiş ərazilərin sahəsi AÇIQLANDI

Minalarla çirkləndirilmiş ərazilərin sahəsi AÇIQLANDI

Aktual

4 Dekabr 2023, 10:00

"Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev deyib.

 

Onun sözlərinə görə, 900-ə yaxın yaşayış məntəqəsi sökülərək daşınıb.

 

"Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb, - F.İsayev əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat