Modern.az

Rusiya Lars yolunu bağlamaqla Ermənistanı başa saldı - VİDEO

Rusiya Lars yolunu bağlamaqla Ermənistanı başa saldı - VİDEO

Aktual

27 Dekabr 2023, 10:10

“Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsinin Sankt- Peterburqdakı görüşlə heç bir əlaqəsi yoxdur. Bu görüşlər sözsüz ki, ənənəvi xarakter daşıyır. Bu görüşlərdə ən diqqətəçəkən məaqm Ermənistanın bu tədbirdə iştirakıdır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili əlavə edib ki, Ermənistan uzun müddətdən sonra anladı ki, o Rusiyadan qopması mümkün deyil.

 

“Ermənistan Qərbə yönəlmək istəməsi onun üçün ciddi problemlərə yol aça bilərdi. Rəsmi İrəvan bunu gec də olsa anladı. Rusiya Lars yolunu bağlamaqla Ermənistanı məngənəyə salaya bildi.”-deyə Cavanşir Feyziyev bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə