Modern.az

Böyüklər qızılca xəstəliyini daha ağır keçirirlər

Böyüklər qızılca xəstəliyini daha ağır keçirirlər

Aktual

27 Dekabr 2023, 15:06

Böyüklər qızılca xəstəliyini daha ağır keçirirlər.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Həkimin sözlərinə görə, buna səbəb həmin şəxslərin uzun illər əvvəl peyvənd almağına və ya heç peyvənd olunmadıqlarına görədir.

 

Həkim qeyd edib ki, qızılcaya yoluxan şəxsdə ilkin mərhələdə yüksək hərarət 4 günə qədər davam edir. Həkim deyib ki, 4 gündən sonra isə səpkilər əmələ gəlməyə başlayır:

 

“Səpkili dövr də 4 gün davam edir və bu müddətdə də temperatur yüksək olur. Həmin dövrlər yoluxduruculuq baxımından yüksək olur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə