Modern.az

Prezident hökuməti tənqid etdi, hakim patiyanı “düşüncəsiz” adlandırdı

Prezident hökuməti tənqid etdi, hakim patiyanı “düşüncəsiz” adlandırdı

10 İyul 2024, 17:02

Gürcüstan prezidenti Salome Zurabişvili hökuməti Qərbə qarşı “düşmənçilik siyasəti” yürütməkdə ittiham edib.

Modern.az xəbər verir ki, Zurabişvili bu barədə sosial şəbəkə hesabında yazıb. O, ABŞ-ın bu il üçün nəzərdə tutulan “Layiqli tərəfdaş” adlı gürcü-amerikan təlimlərini ləğv edilməsinin səbəbini bununla izah edib.

Prezident həmçinin bildirib ki, məhz həmin siyasətin nəticəsidir ki, Avropa İttifaqı Gürcüstanın müdafiə sektoruna 30 milyon avro ayırmağı dondurub.

S.Zurabişvili Gürcüstanın siyasi çoxluğunun seçdiyi siyasi xətti, eləcə də hakim “Gürcü arzusu” partiyasını düşüncəsiz adlandırıb.

Xatırladaq ki, bu gün Almaniyanın da Gürcüstanla əməkdaşlıq proqramlarına yenidən baxmağa başladığı da məlum olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat