Modern.az

Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirdi

Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirdi

Aktual

12 İyul 2024, 08:25

“Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz”.

 

Modern.az xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-ın Fransanın Ermənistanı silahlandırması ilə bağlı sualına cavabında deyib. Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla da görüşdüyünü qeyd edib.

 

“Lazım gəlirsə, bu mövzuları da Makronla müzakirə edərik. Yaxın zamanda onunla təkrar görüşəcəyik və bölgədə mənfi meyllər olarsa, bunu onunla müzakirə edərik”, - deyə Türkiyə Prezidenti əlavə edib.

 

Məlahət Nəcəfova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat