Modern.az

Bakıda külək güclənib

Bakıda külək güclənib

Aktual

27 İyul 2024, 19:14

İyulun 27-si saat 17:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

 

Bu barədə Modern.az-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

 

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,7 metrdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə