Modern.az

“TikTok”un baş ofisində kütləvi zəhərlənmə

“TikTok”un baş ofisində kütləvi zəhərlənmə

31 İyul 2024, 17:30

“TikTok”un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.

 

Modern.az xəbər verir ki, 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib. Bu barədə “Mash” Telegram kanalı yazır.

 

Qeyd olunur ki, zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub: qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq. Onların hər birinə qastroenterit diaqnozu qoyulub. Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər, hazırda orada mütəxəssislər tərəfindən yoxlama aparılır.

 

İlkin məlumata görə, “TikTok” əməkdaşlarının qəbul etdiyi qidanın tərkibində bağırsaq çöpü var idi. Yerli blogerlər yazıblar ki, bu işdə xarici xüsusi xidmətlərin əli ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə