Modern.az

Bu rayonlara yağış yağıb

Bu rayonlara yağış yağıb

Aktual

5 Avqust 2024, 09:31

Bu günə olan faktiki hava açıqlanıb.

 

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

 

Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə