Modern.az

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfninə əklil göndərdi - FOTO

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfninə əklil göndərdi - FOTO

Aktual

5 Avqust 2024, 20:42

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.

 

Modern.az xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.

 

Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə