Ölkənin Səhiyyə sahəsində özünəməxsus yeri olan Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin fəaliyyətə yeni başlayan Naxçıvan filialında növbəti dəfə də Bakıdan dəvətli həkimlərin qəbulları keçiriləcək.
Modern.az xəbər verir ki, Naxçıvan səhiyyəsinin inkişafına dəstək olaraq fəaliyyətə başlayan Referans Naxçıvan Tibb Mərkəzində həm 10 avqustda, həm də 17 avqustda Bakıdan dəvətli müxtəlif ixtisaslı bir çox təcrübəli həkimlərin qəbulları keçiriləcək.
10 avqustda Bakıdan dəvət olunmuş Endokrinoloq Dr. Fərhad Burzu, Uşaq Endokrinoloqu Dr. Ziya Qurbanov və Fizioterapevt-reabilitoloq Uzman Dr. Məhəmməd Şükürovun qəbulları keçiriləcək.
17 avqustda isə Ümumi cərrah Prof. Op. Dr. Kənan Yusif-zadə, Daxili xəstəliklər uzmanı Uzm. Dr. Həbib Sahratov, Cərrah Mama-Ginekoloq Op. Dr. Arzu Məmmədova, Ağciyər həkimi-Pulmonoloq Dr. Əsəd Beydullayev, Pediatr-İnfeksionist Dr. Aytən Ziyadova, Kardioloq Dr. Səadət Məmmədova, USM həkimi Dr. Nigar Həmidovanın qəbulları həyata keçiriləcəkdir.
Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir.
Qeydiyyat üçün əlaqə nömrəsi: +994 60 600 00 33
Ətraflı məlumat: *0033
Ünvan: Naxçıvan şəh., 11-ci Məhəllə