Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin keçmiş rəhbərliyinin qeyri-adekvat fəliyyəti nəticəsində təşkilatın yeni rəhbərliyi Cəmiyyətin işini tənzimləmək üçün qanun çərcivəsində hüquqi prosedurlara başlamağı qərara alıb.
Modern.az xəbər verir ki, bu məsələ Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin bir müddət əvvəl keçirilən Hesabat-Seçki Konfransında yeni formalaşmış İdarə Heyətinin ilk iclasında müzakirə edilib.
İclasda müzakirə edilən əsas məsələ Cəmiyyətin keçmiş rəhbərliyinin proseslərə qeyri-adekvat yanaşaraq Cəmiyyətin Nizamnaməsinin tələblərini açıq şəkildə pozaraq təşkilatın hüquqi resurslarının təhvil-təslim prosesindən imtina etməsi olub.
Belə ki, Cəmiyyətin sabiq idarə heyətinin sədri Vuqar Oruc AQC-nin möhürünü və elektron asan imza nömrələrini təhvil verməkdən imtina edərək AQC-nin fəaliyyəti ilə əlaqədar müvafiq təhvil-təslim prosesinin aparılmasına etiraz edib və bunu açıq şəkildə mediadakı çıxışlarında da ifadə edib. Keçmiş sədrin özbaşına addımları İdarə Heyətini hüquqi prosedurlara başlamaqla bağlı qərara qəbul etməsini zəruri edib.
İdarə Heyəti hazırki möhür və elekron asan imzaların müvafiq kütləvi informasiya vasitələrində elan verilməklə etbarsız hesab edilməsini və yeni möhürün, həmçinin təşkilta aid digər hüquqi resursların bərpa edilməsini məqsədəuyğun hesab edib.
İclasda həmçinin digər cari məsələlər müzakirə edilərək, yaxın aylarda Azərbaycan Qiymətləndiricilər Palatasına üzvlüklə bağlı təşkil ediləcək imtahanlara hazırlıq prosesinə başlamaq üçün AQC-nin Təlim-Tədris məsələləri üzrə İşçi Qrupu yaradılıb.