Modern.az

QHT Qazaxda ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstərdi 

QHT Qazaxda ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstərdi 

Aktual

6 Avqust 2024, 14:31

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” adlı layihənin icrasını davam etdirir. 

Layihə çərçivəsində növbəti məlumatlandırma-maarifləndirmə tədbiri avqust ayın 3-də Qazax şəhərində təşkil edilib. 

Təşkilatdan bildirilib ki, tədbirdə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, əmək müqaviləsi bağlanmamasının səbəbləri və fəsadları, əmək və vergi qanunvericiliyinin qeyr-rəsmi əmək bazarının həcminin məhdudlaşdırlmasına mane olan müddəaları, həmçinin əmək müqavilələri əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının mənfi təsirləri və s. mövzuda müzakirələr aparılıb.  

Tədbirdə mövzu ilə bağlı prezentasiya təqdim ediliib, iştirakçıların sualları cavbladırılıb.

Məlumatlandırma-maarifləndirmə ilə bərbər ehtiyacı olan vətəndaşlara yerindəcə hüquqi yardım göstərilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə