9 avqust 2024-cü il tarixdən Azərbaycan Milli Məclisinin VII çağırış seçkilərində namizədlərin təbliğat kampaniyasına start veirildi. Bu seçkilərdə Xalq Cəbhəsi Partiyası isitisna olmaqla, bütün müxalifər partiyaları iştirak edir.
Aldığımız məlumata görə, 38 saylı Gəncə Birinci seçki dairəsində 52 minə yaxın seçiçi mövcuddur. Seçki dairəsində 7 namizəd rəsmi qeydə alınıb. Bunlarda 2 nəfər Yeni Azərbaycan və Musavat partiyalarını təmsil edir. 5 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək.
39 saylı Gəncə İkinci seçki dairəsindən verilən məlumata görə, bu seçkilərdə 50 mindən bir az çox (bu rəqəm daim yenilənir) seçici 1 sentyabrda səs vermək hüquna malikdir. Seçki dairəsində 8 namizəd rəsmi qeydə alınıb.
Bunlarda 5 nəfər Yeni Azərbaycan, Demokratik İslahatlar, Milli İstiqlal, Umid və Musavat partiyalarını təmsil edirlər. 3 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək.
40 saylı Gəncə Üçüncü seçki dairəsindən verilən məlumata görə, bu seçkilərdə 51 217 (bu rəqəm daim yenilənir) seçici səs verə biləcək. Seçki dairəsində 7 namizəd rəsmi qeydə alınıb. Bunlarda 4 nəfər Yeni Azərbaycan, Haqq Ədalət, Vətəndaş Həmrəyliyi və Umid partiyalarından namizəd göstərilib. 3 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək.
41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsindən verilən məlumata görə, bu seçkilərdə 50 minə yaxın (bu rəqəm daim yenilənir) seçici iştirak edə biləcək. Seçki dairəsində 7 namizəd rəsmi qaydada qeydə alınıb. Bunlarda 2 nəfər Yeni Azərbaycan və Respublikaçı Alternativ partiyalarından namizəd göstərilib. 5 nəfər isə müstəqil namizəd kimi seçkilərə qatılıb.
Verilən məlumata görə , Gəncənin bütün seçki dairə və məntəqələri tam hazır vəziyyətə gətirilmub və seçkilərin yüksək təşkilatçılıq və demokratik şəraitdə keçirilməsinə hazırdırlar.
Şəmkir rayonunda parlament seçkiləri iki dairə üzrə aparılır. 102 saylı Şəmkir şəhər seçki dairəsindən verilən məlumata görə, bu seçkilərdə 52232 (bu rəqəm daim yenilənir) Şəmkir sakini seçici qismində iştirak edə biləcək. Seçki dairəsində 8 namizəd qeydə alınmıb. Bunlardan 1 nəfər Yeni Azərbaycan, 7 nəfər isə müstəqil namizəd kimi seçkilərə qatılıb. Dairənin ərazisində 50 məntəqə fəaliyyət göstərir.
Digər dairə isə 103 saylı Şəmkir kənd seçki dairəsidir. Burada 55 500 seçici seçkilərdə səs vermək hüquna malikdir. Seçki dairəsində 7 namizəd qeydə alınıb. Bunlardan 1 nəfər Yeni Azərbaycan Partiyasından, 6 nəfər isə müstəqil namizəd kimi seçkilərə qatılıb. Dairənin ərazisində 49 məntəqə fəaliyyət göstərir, bunlardan da 16-da kamera quraşdırılıb.
Bikəbəyim Həsənzadə
Xüsusi olaraq Modern.az üçün
Gəncə