Modern.az

Qarabağdakı seçki məntəqələri yeni tikilən inzibati binalarda yerləşir

Qarabağdakı seçki məntəqələri yeni tikilən inzibati binalarda yerləşir

Aktual

9 Avqust 2024, 15:46

Azərbaycanda seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə fikir veririk. Çünki ölkədəki proseslər bütün dünyanın diqqətindədir.

 

Modern.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, bu seçkilərdə ən parlaq nümunə kimi ötən prezident seçkilərini qeyd etmək mümkündür: "İşğaldan azad edilmiş ərazilərə də fikir veririk. Çünki bu da ilk parlament seçkiləridir ki, suveren Azərbaycanın bütün ərazilərində keçirilir".

 

“Azad olunmuş ərazilərdəki seçki məntəqələrini yeni tikilən inzibati binalarda yerləşdiririk”,-deyə MSK sədri əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə