Modern.az

Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdi

Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdi

27 Avqust 2024, 17:20

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 28-dən Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi”nədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Modern.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Məlumata görə, məhdudiyyətlə əlaqədar 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır