2024-cü il 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun Qaradağ rayonu, Sahil qəsəbəsində seçiciləri ilə növbəti görüşü keçirilib.
Deputatlığa namizəd Ceyhun Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, o cümlədən Cəbrayıl rayonunun daha da inkişaf etməsi üçün formalaşan yeni imkanlardan söz açıb. Artıq Cəbrayıl rayonuna gələn aydan etibarən sakinlərin yerləşdirilməsi və ilkin köç prosesi haqqında məlumat verib.
Görüşün yekununda seçicilərin fikirləri dinlənilib, mövcud problemlərin müvafiq qaydada həll olunması istiqamətində addımlar atılıb.