Modern.az

Rəşad Nəbiyevin yeni müşaviri KİMDİR...

Rəşad Nəbiyevin yeni müşaviri KİMDİR...

Aktual

6 Sentyabr 2024, 16:48

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Vüqar Mirzəzadə nazir Rəşad Nəbiyevə müşavir təyin edilib.

 

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb.

 

Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib.

 

2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır